Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
7 saat əvvəlUkraynanın Kramatorsk şəhəri raket atəşinə məruz qalıb, ölən və yaralananlar var
19 Mart 2023 12:20 | Baxış sayı: 659
Ukraynanın Kramatorsk şəhərinə (Donetsk vilayəti) raket hücumu nəticəsində 2 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Bu barədə “RBC-Ukraina” Kramatorsk şəhər hərbi administrasiyasının rəhbəri Aleksandr Qonçarenkoya istinadən xəbər verib.
"Rusiya terroru davam etdirir. Kramatorskın kaset bombalarından atəşə tutulmasının nəticələri - 2 nəfər həlak olub, 8 nəfər (üçü ağır olmaqla-red) yaralanıb", - məlumatda deyilir.
Qonçarenko qeyd edib ki, Rusiya hərbçiləri Bernatski bağını və iki kommunal müəssisənin ərazisini atəşə tutublar. İlkin məlumata görə, onlarla yaşayış binası və 14 kommunal texnikaya ziyan dəyib.