Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
17 saat əvvəlVəfa Şərifova ETİRAF ETDİ: "Onunla nikahımız yox idi..."
05 Dekabr 2023 06:45 | Baxış sayı: 855
Müğənni Vəfa Şərifova iş adamı olan həyat yoldaşı Famil Xəlilovdan ayrılıb.
AJMEDİA.İNFO axsam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı "Həmin Zaur" verilişində danışıb.
O, Famillə rəsmi nikahda olmadığını bildirib:
"Nikahımız yox idi, kəbin kəsdirmişdik. Ona da son qoyduq. Bu günə qədər düşünmədən heç bir addım atmamışam. Daha yaxşı yollar olsaydı, hər halda orada addımlayardım. Belə gətirdi və belə oldu. Üç və ya dörd uşaqla da ayrılanlar var. Onun sevgisini, diqqətini sevirdim. Sevən bir insanın sevmədiyini görmək ağırdır bir qadın üçün. Ona görə də qismət belə oldu".
Qeyd edək ki, V.Şərifovanın Famil Xəlilovdan bir qız və bir oğul övladı var.