Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
13 saat əvvəlVilayət Eyvazov şəhid övladını rəis TƏYİN ETDİ
17 İyul 2023 14:00 | Baxış sayı: 628
Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi polis mayoru Fərid Məmmədov vəzifəsindən azad edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Digər əmrlə Fərid Məmmədov Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, F.Məmmədov Birinci Qarabağ müharibəsi şəhidi Şərif Məmmədovun oğludur.(Qafqazinfo)