Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
16 saat əvvəl"Xərçənglə mübarizə aparır" - Xalq artistindən üzücü AÇIQLAMA
04 Dekabr 2024 14:21 | Baxış sayı: 281
Xalq artisti Mələykə Əsədova kədərli açıqlaması ilə diqqət çəkib.
AJMEDİA.İNFO-nun xəbərinə görə, o bacısı qızının xərçəngdən əziyyət çəkdiyini deyib.
Aktrisa bu haqda qonaq olduğu verilişdə danışıb.
"Ailənin bütün yükü mənim üzərimdədir. Bu il mənim üçüm çətin keçdi. İl başlayan anda mənim böyük bacım xəstə oldu. Onun müalicəsi ilə məşğul oldum.Bunun üzərindən 1-2 ay keçməmiş bacımın yeganə qızı ağır xəstəliyə tutuldu. Onu demək olar ki, mən böyütmüşəm, yanımda qalıb, universiteti bitirib. O bu dəqiqə xərçəng xəstəliyi ilə mübarizə aparır. Onun belə olması mənə çox pis təsir etdi".