Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
16 saat əvvəlXoşqədəm atasının vəsiyyətindən danışıb kövrəldi: "Ora gedib gələ bilməyəcəksiniz..."
29 Yanvar 2025 16:14 | Baxış sayı: 502
Aparıcı Xoşqədəm Hidayətqızı valideynlərindən danışarkən kövrəlib.
AJMEDİA.İNFO xəbər verir ki, bu haqda aparıcı "Günaydın, Azərbaycan" verilişində danışıb. O, atası Hidayət Baxşəliyevin xəstəliyindən danışıb:
"Ata, ana qədrini bilən onlara bağlıdır. Amma mənim atamla aramda böyük sevgi, bağ var. Bir-birimizi çox sevirik. İndi atam xəstədir, dualarım onunladır. Çox ağrıyır. Yaraşıqlı, baxımlı kişi olub. İndi arıqlayıb, efirə qoşmaq istədim. Dedi, məni yığma, tamaşaçıların yadında başqa cür qalım. Toparlanacaq".
Aparıcı atasının vəsiyyətini açıqlayıb:
"Mənim işim ağır olduğu üçün yanımda belə sözlər demir. Ağır vəziyyətdə vəsiyyət edib. deyib, mən olmayanda Xoşqədəmə deyin. Qardaşımla bacım burada dəfn edilib. Düşünürük ki, kəndimiz təmir ediləndən sonra ora köçürək. Atam deyib ki, kənd hələ qurulmayıb, həm də ora gedib gələ bilməyəcəksiniz. Məni burada qardaş, bacının yanında dəfn edin".(axşam.az)