Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
16 saat əvvəlYaponiya Şimali Koreyaya raket buraxılışı ilə bağlı etirazını bildirib
31 May 2023 05:00 | Baxış sayı: 563
Şimali Koreyanın mayın 31-də həyata keçirildiyi raket buraxılışı BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozub. Bununla əlaqədar Yaponiya hökuməti Pxenyana kəskin etirazını bildirib.
Bu barədə barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
"KXDR-in bu cür hərəkətləri ölkəmizin sülh və sabitliyinə, eləcə də beynəlxalq ictimaiyyətə təhlükə yaradır. Buraxılış BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozub, bununla bağlı biz kəskin etirazımızı bildirdik",- deyə baş katib qeyd edib.