Azərbaycanda millətlərarası sülh hökm sürür - Əliyev
19 saat əvvəlZaqatalada "Şah Dönər"dən kütləvi ZƏHƏRLƏNMƏ
26 Noyabr 2024 11:53 | Baxış sayı: 246
Zaqatalada kütləvi zəhərlənmə olub.
AJMEDİA.İNFO-nun məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən "Şah Dönər" dönərxanasında baş verib. 25 yaşlı İlqar Əhmədov, 17 yaşlı qız və 8 yaşlı oğlan qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.
Onların dönərdən zəhərləndikləri ehtimal olunur. Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Qeyd edək ki, bu ilin may ayında "Şef dönər" adlı obyektdə də zəhərlənmə hadisəsi olmuşdu. Həmin hadisə zamanı 40 nəfər toyuq ətindən hazırlanan dönərdən zəhərlənərək xəstəxanaya yerləşdirilmişdilər.