Bu ailələr ayda 100 manat ala bilər – Detallar
1 saat əvvəlAlyaskada iki hərbi helikopter qəzaya uğrayıb
28 Aprel 2023 15:45 | Baxış sayı: 548
ABŞ-nin Alyaska ştatında iki hərbi helikopter qəzaya uğrayıb.
Bu barədə ABŞ Silahlı Qüvvələri bazasının nümayəndəsi Elmendorf-Riçardsona istinadən “Associated Press” (AP) məlumat yayıb.
Onun sözlərinə görə, iki AH-64 “Apache” helikopteri Hili kəndi yaxınlığında təlim uçuşundan qayıdarkən qəzaya uğrayıb. Hər helikopterin göyərtəsində iki nəfər olub, onların vəziyyəti məlum deyil. AP-nin məlumatına görə, helikopterlər Fort-Ueynrayt Hərbi Hava Qüvvələri bazasında yerləşirdilər.
Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır. Xilasedicilər hadisə yerində işləyirlər.