Şuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? – Siyahı
1 saat əvvəlAŞPA-ya ermənipərəst prezident seçildi
27 Yanvar 2025 21:00 | Baxış sayı: 389
Yanvarın 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında qurumun yeni prezidentinin seçkiləri keçirilib.
AJMEDİA.İNFO xəbər verir ki,AŞPA-nın yeni prezidenti yunanıstanlı Teodoros Rusopulos seçilib.
Rusopulos erməni diasporunun təsir dairəsində olan AŞPA fiqurantlarından biridir. Avropa Şurasının Parlament Assambleyasının ötən ilin oktyabrında keçirilən payız sessiyasında "Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr" aparılarkən o ölkəmizə qarşı qeyri-obyektiv mövqe tutmuş, bir çıxışında isə demişdi: "Biz ədalət uğrunda mübarizəsində Ermənistanı dəstəkləməliyik."//AzNews.az