Bu ailələr ayda 100 manat ala bilər – Detallar
1 saat əvvəlAtası ilə birlikdə zibil yığan qızcığaz: “100 manatımız olsaydı, işə getməzdik” - VİDEO
20 İyun 2023 17:44 | Baxış sayı: 546
“Heç kim deyə bilməz ki, qızlarımı diləndirirəm. Yeməyə heç nəyimiz olmayanda gedib tövlə təmizləmişəm”.
Bunu Baku TV-nin “Arzunun vaxtı” verilişində iki qızı ilə birlikdə zibil yığan ata həyat hekayəsini danışarkən deyib.
O, oğlunu öz doğum günündə itirdiyini söyləyib:
“Getdim ki, ad günümü qeyd edim. Həm də uşağın qırxı çıxan gün idi. Yolda zəng etdilər, gedib gördüm ki, ev uşağın üstünə uçub, ölüb”.
Zibildən yığdıqlarını daşımaq üçün təzə arabalarının olmasını arzulayan Səkinə isə atasının yorulduğunu görmək istəmədiyini deyir:
“Ən çox plastik qablar yığmağına pis oluram. Atam yorulduğu üçün hər gün dua edirdi ki, bir 100-lüyümüz olsaydı, işə getməzdik”.