Bu ailələr ayda 100 manat ala bilər – Detallar
1 saat əvvəlBakıda məşhur avtosalonun sahibi HƏBS EDİLDİ - FOTO
18 Sentyabr 2024 15:28 | Baxış sayı: 340
Bakı şəhərində fəaliyyət göstərən məşhur "Dubai Cars” avtosalonlarının sahibi həbs edilib.
AJMEDİA.İNFOxəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1975-ci il təvəllüdlü Zaur Həşimov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, vətəndaşlardan daxil olan şikayətlər əsasında tutulub. Z.Həşimov zərərçəkənlərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunur. Onun əməlləri üzrə toplanan materiallar əsasında Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
DİN-in mətbuat xidmətindən Z.Həşimovun saxlanılması faktı təsdiq edilib. Əlavə olaraq bildirilib ki, həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.