Bu ailələr ayda 100 manat ala bilər – Detallar
51 dəqiqə əvvəlBundestaq 50 ədəd “Puma” PDM-inin alışını təsdiqləyib
10 May 2023 19:35 | Baxış sayı: 501
Almaniya parlamentinin (Bundestaq) Büdcə Komitəsi Almaniya Silahlı Qüvvələri (Bundesver) üçün daha 50 ədəd “Puma” markalı piyadaların döyüş maşınının (PDM) alışını təsdiqləyib.
Bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, çərşənbə günü siyasətçilər Almaniya hökumətinin təxminən 1,5 milyard avro xərcləmək niyyətində olduğu silahlanma proqramını təsdiqləyiblər.
DPA yazır ki, hakim “İşıqfor” koalisiyası, hərbi texnika ilə bağlı problemlər hələ də aradan qaldırılmamış olsa belə, PDM alınmasını Almaniya Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün vacib hesab edir. “İkinci partiya “Puma” alışı özündə ciddi maliyyə risklərini ehtiva edir. Sistem texniki cəhətdən də tam sınaqdan keçirilməyib. Bununla belə, Bundesverin avadanlıqlarındakı boşluqları aradan qaldırmaq üçün sifariş indi verilməlidir”, - Büdcə Komitəsinin üzvü Sebastyan Şefer bildirib.