Şuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? – Siyahı
1 saat əvvəlDövlətini və xalqını XXI əsrin qələbə simvoluna çevirən lider
24 Dekabr 2023 07:12 | Baxış sayı: 722
Hər bir azərbaycanlının Prezidenti - əslində, bu, hər hansı bir pafoslu ifadə və ya mübaliğə deyil, sadəcə, həqiqətdir. 62 yaşını qeyd edən Prezident İlham Əliyev adını qalib Prezident kimi dünya tarixinə yazan şəxsiyyətlər sırasındadır. Zəmanəmizin dühası Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Bizə Qarabağı bəxş edən, Azərbaycan xalqını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan hər bir vətəndaşın qəlbini tək Prezident kimi deyil, səmimiyyəti ilə fəth etməyə müvəffəq olan azsaylı dünya liderlərindən biridir. Ulu Öndərimizin arzu və vəsiyyətini
əməllərində gerçəkləşdirib, Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davam etdirib, ölkəmizi qalib dövlətə çevirib.
20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə səs verdi və ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Prezident 20 ildə Azərbaycanın tək regionda deyil, postsovet məkanında, Avropada, Asiyada nüfuzunu yüksəltməyə nail olub. İqtisadi, siyasi və digər sahələrdə əldə edilən uğurlarla Azərbaycanı güc mərkəzinə çevirib. Ömrünün əhəmiyyətli hissəsi Azərbaycan dövlətinə, xalqına xidmətdə keçirən Prezident İlham Əliyevin Azərbaycan üçün etdiklərini saymaqla qurtarmaq mümkün deyil. Cildlərlə, qalaq-qalaq əsərlər də buna kifayət etməz. Ən əsası isə Prezidenti olduğu dövləti qüdrətli, qalib ölkəyə, Azərbaycan xalqının qalib xalq olması onun böyük əsəridir.
azpolitika.info