05 May 2025
MİT xarici ölkədə PKK-ya qarşı əməliyyat keçirib, terror qruplaşmasının üzvü ələ keçirilib

MİT xarici ölkədə PKK-ya qarşı əməliyyat keçirib, terror qruplaşmasının üzvü ələ keçirilib

MİT xarici ölkədə PKK-ya qarşı əməliyyat keçirib, terror qruplaşmasının üzvü ələ keçirilib

28 Aprel 2023 16:45 | Baxış sayı: 542

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/KCK-PYD/YPG terror qruplaşmasının üzvü Rasim Akyol xarici ölkələrdən birində həbs olunub.

Bu barədə “Sabah” məlumat yayıb.

O, Türkiyəyə gətirilib.

R.Akyolun 2018-ci ildə Hatayda 25 kiloqram partlayıcı maddə ilə tutulan PKK/KCK üzlərinə silah təchizatı həyata keçirdiyi məlum olub. Türkiyə məhkəməsi bu əməlinə görə onu 15 il müddətinə azadlıqdan məhrum edib. Terrorçu qaçıb gizləndiyinə görə qərar qiyabi olaraq çıxarılıb.