Bu ailələr ayda 100 manat ala bilər – Detallar
1 saat əvvəlMünaqişədən sonra 100 mindən çox insan Sudanı tərk edib - BMT
02 May 2023 19:45 | Baxış sayı: 504
Münaqişə başlayandan bəri 100 mindən çox insan Sudanı tərk edərək qonşu ölkələrə gedib.
Bunu BMT QAK-ın nümayəndəsi Olqa Sarrado deyib.
O bildirib ki, ümumilikdə 24 min qaçqın müəyyən edilib:
"Onlara həm sudanlı qaçqınlar, həm də Cənubi Sudandan qayıdan qaçqınlar, eləcə də əcnəbilər daxildir. Qaçqınların əksəriyyəti qadınlar və uşaqlardır”, - Sarrado vurğulayıb.
Xatırladaq ki, Suveren Şuraya rəhbərlik edən Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla həmin şurada onun müavini olan xüsusi təyinatlı qüvvələrin başçısı Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən ölkədə vəziyyət gərginləşib. Aprelin 15-də Merove şəhərindəki hərbi baza yaxınlığında və paytaxt Xartumda iki güc strukturu arasında toqquşmalar başlayıb. Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə toqquşmalar nəticəsində ölənlərin sayı 528-ə çatıb, 4600-ə yaxın yaralı var.