Bu ailələr ayda 100 manat ala bilər – Detallar
1 saat əvvəlMüxalif fəal Cəmil Hacıyev saxlanılıb
11 Yanvar 2025 12:00 | Baxış sayı: 657
Milli Şuranın üzvü Cəmil Hacıyev üzərində "Siyasi məhbuslara azadlıq!" yazılmış plakat qaldırarkən polislər onu saxlayıb. Bu, yanvarın 10-da saat 17:00 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında baş verib. Həmin vaxt bu məhkəmədə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işinə baxılırdı.
C.Hacıyev plakatı qaldıran kimi məhkəmə binasının qarşısında olan polislər onu tutub maşına mindirib. Onun hara aparıldığı məlum deyil.//turan.az