Şuşada ən çox hansı ölkələrdən gələn turistlər qalıb? – Siyahı
1 saat əvvəlSergey Şoyqu: "ABŞ-ın hegemonluq cəhdləri qlobal təhlükəsizlik arxitekturasını dağıdıb”
28 Aprel 2023 16:40 | Baxış sayı: 519
“ABŞ və müttəfiqlərinin qlobal hegemonluğu saxlamaq cəhdləri qlobal təhlükəsizlik arxitekturasının dağılmasına səbəb oldu”.
Bunu Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin Yeni Dehlidə keçirilən görüşündə deyib.
O bildirib ki, Vaşinqton və onun müttəfiqləri digər ölkələri də Moskva və Pekinlə hərbi qarşıdurmaya təhrik edir: “Ukraynadakı münaqişə də bunu göstərir. Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə NATO-nun demək olar ki, bütün ölkələrinin döyüş potensialı və imkanları Rusiyaya qarşı istifadə edildi”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.