Bu ailələr ayda 100 manat ala bilər – Detallar
1 saat əvvəl2027-ci ilə qədər Almaniyanın Ukraynaya yardımı 17 milyard avroya çatacaq
14 İyul 2023 22:02 | Baxış sayı: 647
"2027-ci ilə qədər Almaniyanın Ukraynaya yardımı 17 milyard avroya çatacaq".
Bunu Almaniya kansleri Olaf Şolts deyib.
“ABŞ-dan sonra Ukraynaya ən çox dəstək verən ölkə Almaniyadır", - Şolts bildirib.
Onun sözlərinə görə, Rusiyanın təcavüzkar müharibəsi bütün Avropanı çox narahat edir.
Bundan əvvəl Almaniya Müdafiə Nazirliyi Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Hərbi yardım paketinə 6 “Gepard” özüyeriyən zenit-raket kompleksi, 3 230 ədəd 155 mm-lik artilleriya mərmisi, IRIS-T SLM hava hücumundan müdafiə sistemi üçün 10 lazer təyinedicisi və eyni sayda atəşə nəzarət sistemi daxildir.