Özünü qatarın altına atan gənc bu nazirliyin əməkdaşı imiş - FOTO
44 dəqiqə əvvəlABŞ - Ermənistan hərbi təlimləri barədə açıqlama
21 İyul 2024 12:41 | Baxış sayı: 614
Bu həftə Amerika və Ermənistan hərbçiləri “Qartal Tərəfdaş 2024” proqramı çərçivəsində iğtişaşlara qarşı mübarizə və silah təlimləri keçirib.
AJMEDİA.İNFO erməni mediasına istinadən bildirir ki, bu barədə ABŞ-nin Avropa Komandanlığının X mikrobloqunda xəbər yayılıb.
“Bu təlimlər yüksək intensivlikli birgə mühitdə əməkdaşlıq etmək və fəaliyyət göstərmək bacarığını nümayiş etdirir, hazırlığı, operativliyi və qarşılıqlı fəaliyyət qabiliyyətini artırır”, - deyə idarənin məlumatında deyilir.
Xatırladaq ki, iyulun 15-də Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasında “Qartal partnyoru 2024” adlı erməni-amerikan birgə təlimlərinin başlanması elan olunub və bu təlimlər Rusiyanı ciddi narahat edib.