Bu ailələr ayda 100 manat ala bilər – Detallar
2 saat əvvəlABŞ İnstitutu: “İranda iqtisadi motivli tətillər və etirazlar güclənəcək”
02 May 2023 19:10 | Baxış sayı: 502
“İranda iqtisadi motivli tətillər və etirazlar güclənəcək”.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, İranda ciddi iqtisadi islahatlara ehtiyac var: “Son 1 ayda İran rialı, təxminən, 10 faiz ucuzlaşıb. İranda inflyasiya səviyyəsi son 2 ayda rekord həddə - 49 faizə çatıb”.
Qeyd olunub ki, mövcud İran rejimi işçilərin tələblərini yerinə yetirmir: “İran rəsmiləri və işəgötürənlər işçilərin daha yaxşı həyat şəraiti tələblərinə hörmətlə yanaşmaq əvəzinə respressiyalara əl atırlar. Çox güman ki, bununla əlaqədər olaraq ölkədə iqtisadi vəziyyət daha da gərginləşəcək”.
Qeyd edək ki, fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb.
Xatırladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.