05 May 2025
Afrikada piratlar Gürcüstan vətəndaşlarını qaçırıblar

Afrikada piratlar Gürcüstan vətəndaşlarını qaçırıblar

Afrikada piratlar Gürcüstan vətəndaşlarını qaçırıblar

02 May 2023 18:55 | Baxış sayı: 526

Dəniz quldurları Qabonun akvatoriyasında lövbər salmış gəmidən üç dənizçini qaçırıblar.

Bu barədə Gürcüstan Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, qaçırma mayın 2-nə keçən gecə baş verib, qaçırılanlardan ikisi Gürcüstan vətəndaşıdır. Məlumatda gəminin adı və hansı bayraq altında üzdüyü göstərilmir.

Gürcüstanın müvafiq qurumları dənizçilərin azad olunması istiqamətində fəal iş aparırlar.