05 May 2025
Azərbaycan əhalisinin yeni sayı açıqlandı

Azərbaycan əhalisinin yeni sayı açıqlandı

Azərbaycan əhalisinin yeni sayı açıqlandı

17 Yanvar 2024 15:08 | Baxış sayı: 621

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Bu barədə AJMEDİA.İNFO-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il dekabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 176 811 nəfər təşkil edib.

Məlumata görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edib.

Qeyd edilir ki, ötən ilin 11 ayında ölkədə 54794 ölüm halı qeydə alınıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.