Bu ailələr ayda 100 manat ala bilər – Detallar
2 saat əvvəlAzərbaycanda bağça müdiri qəfil ÖLDÜ
23 İyun 2023 11:35 | Baxış sayı: 553
Qaxda bağça müdiri vəfat edib.
AJMEDİA.İNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun İlusu kəndində baş verib. Kəndin uşaq bağçasının rəhbəri, 1981-ci il təvəllüdlü Məmmədova Məleykə Mahmud qızı işdə olarkən oturduğu yerdə halı qəfil pisləşib və yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, M.Məmmədova həyatını itirib. Onun ürəktutmadan öldüyü bildirilir.
Qeyd edək ki, Məleykə Məmmədova 15 ildən artıq müddətdə İlisu kənd uşaq bağçasının müdiri vəzifəsində şalışıb.