Bu ailələr ayda 100 manat ala bilər – Detallar
2 saat əvvəlAzərbaycanda idman müəlliminin tələbəsinə zorakılıq etdiyi iddia olunur: Döyüb xəstəxanalıq etdilər
08 Mart 2025 08:41 | Baxış sayı: 567
Şəmkir rayonunda idman müəllimi kimi fəaliyyət göstərən Orxan Məmmədovun 14 yaşlı tələbəsinə zorakılıq edərkən tutulduğu və döyülərək xəstəxanalıq olduğu iddia olunur.
Bu barədə Oxu.az-a məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı bildirib ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.
"O.Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - deyə məlumatda bildirilib.