Bu ailələr ayda 100 manat ala bilər – Detallar
1 saat əvvəlAzərbaycanda İsrail vətəndaşları olan sahibkarların fəaliyyətlərinə maneə yaradılması iddia edilir...
15 Yanvar 2025 13:20 | Baxış sayı: 506
Hazırki dünyaya baxdıqda Azərbaycanda hökm sürən sabitlik və iqtisadi inkişaf zəmin yaradır ki, əcnəbilərin ölkəmizdə sahibkarlıq fəaliyyətləri dahada genişlənsin. Ölkə başçısı cənab Prezident İlham Əliyevdə ölkədə müxtəlif din və millətlərdən olan insanlara, eləcədə iş adamlarına, sahibkarlara diqqət, qayğı göstərildiyini bildirmişdir.
Lakin, bəzən xoş olmayan şikayyət və naraziliqlarla rastlaşmalı oluruq. Bunlardan biri də İsrail vətəndaşları olan “Beer David-Center OF JEVİSH MEDICINE” MMC-nin Azərbaycan Respublikasındakı filialınin rəhbərləridir.
Əsasən Ekstrasent-psixoloq fəaliyyəti gödtərən bu mərkəzin rəhbərlərindən biri Eiçel Yosefa yəhudi mediasına rastlaşdıqları təzyiqlər barədə müsahibə vermişdir. Şikayətçinin iddiyalarına görə Azərbaycanda onların fəaliyyətinə maniə yaradılır.
Yazını təqdim edirik:
Mən Eiçel Yosefa Azərbaycan Respublikası ərazisində “Beer David-Center OF JEVİSH MEDICINE” MMC-nin Azərbaycan Respublikasındakı filialına rəhbərlik edirəm. Filial Azərbaycan Respublikasının ərazisində vasitəsilə autizm və digər xəstəliklər olan şəxslərə ünikal metodlardan istifadə edərək, köməklik göstərilməsi ilə məşğul olan təşkilatdır. Fəaliyyətimizdə hər hansı tibbi usul və vasitələrdən istifadə etmirik
2024-cü ilin iyul ayında “Autizm” xəstəliyindən əziyyət çəkən 2018-ci il təvəllüdlü Tuqay İbrahimli adlı xəstə sağlamlığının bərpası üçün valideynləri tərəfindən ikinci dəfə bizə müraciət etdi. Onu da qeyd edim ki, Tuqay İbrahimli əvvəllər də bizim kompleks metodlarımızdan, yəni psixoloji, müsiqi terpiya, pedaqoji üsullardan istifadə edərək, müsbət nəticə əldə etmişdir. Lakin sonradan Tuqay İbrahimlinin valideynləri tərəfindən ona şiddət göstərilməsi ilə bağlı sonuncunun davranışında və psixologiyasında əldə edilən irəlilləyişlər pisləşməyə başlamışdır.
Bundan sonra Tuqay İbrahimlinin valideyni İbrahimov Yasin Fariz oğlu Yasamal rayon prokurorluğuna əsassız olaraq müraciət edib, apardığımız kompleks tədbirlərin oğlu Tuqayın səhhətinə müsbət təsir göstərdiyinə baxmayaraq, qeyri-tibbi müalicə üçün rəsmi bank hesabımıza ödənilmiş pul vəsaitinin geri qaytarılmasını tələb etmişdir. Yasin İbrahimovun müraciəti Yasamal rayon prokurorluğunun müstəntiqi Tamerlan Sadıqov tərəfindən icraatına qəbul edilmişdir. Lakin, müstəntiq Tamerlan Sadıqov əsassız olaraq şikayət ərizəsində qeyd edilən xüsusatlarla bağlı araşdırma aparmaq əvəzinə, “Beer David-Center OF JEVİSH MEDICINE” MMC-nin bütün əməkdaşlarını rayon prokurorluğuna dəvət edərək, əmək müqavilələrini tələb edir, saatlarla rayon prokurorluğunun inzibati binasında gözlətməklə, onlarla kobud rəftar edir. Bütün bunlarla yanaşı, Yasin İbrahimova vurulmuş maddi ziyanın ödənilməsini israrla tələb etməklə, məni cinayət məsuliyyətinə cəlb edəcəyi ilə bağlı təhdid edir, həmçinin inzibati qydada 20000-25000 manat məbləğində cərimə etdirəcəyini bildirir. Bütün bunlarla yanaşı təzyiq vasitəsi kimi, əvvəllər filialda işləmiş işçilərində ünvanına çağırış vərəqəsi göndərməklə onları da rayon prokurorluğuna dəvət edərək, gəlməyəcəkləri təqdirdə məcburi gətiriləcəyini bildirir.
Biz Yasamal rayon prokurorluğunun müstəntiqi Tamerlan Sadıqovun qanunsuz hərəkətləri və təzyiqləri səbəbindən işləyə və yuxarıda qeyd edilən xəstələrə köməklik edə bilmirik. Müstəntiq Azərbaycan Respublikasının qanunlarına əməl etmək əvəzinə vəzifə səlahiyyətlərindən sui istifadə edərək, qanunların tələblərini kobud pozmaqla sahibkarlıq fəaliyyətimizə maneçilik edir və Azərbaycan Respublikası haqqında mənfi imic formalaşdırır.
Yasamal Rayon Prokurorluğunun müstəntiqi Tamerlan Sadıqovun qanunsuz əməllərinin qarşısının alınmasını və pozulmuş hüquqlarımın bərpasına ümid edirik!