05 May 2025
Azərbaycanın Xalq artisti xəstəxanalıq oldu - FOTO

Azərbaycanın Xalq artisti xəstəxanalıq oldu - FOTO

Azərbaycanın Xalq artisti xəstəxanalıq oldu - FOTO

28 Noyabr 2024 13:07 | Baxış sayı: 230

Tanınmış qoşanağara ustası, Xalq artisti Sadıq Zərbəliyev xəstələnib.

AJMEDİA.İNFO xəbər verir ki, sosial şəbəkələrdə Xalq artistinin Xətai Tibb Mərkəzində müalicə aldığı bildirilib.

Məlumata görə, o, terapiya şöbəsində müalicə alır. Bir neçə gün xəstəxanada qalan musiqiçinin vəziyyətinin artıq normala döndüyü qeyd edilib.

Xalq artisti xəstəxanaya gələrkən halının pis olduğunu, indi özünü yaxşı hiss etdiyini deyərək, həkimlərə təşəkkürünü bildirib.