Özünü qatarın altına atan gənc bu nazirliyin əməkdaşı imiş - FOTO
3 dəqiqə əvvəlCəlilabadda DƏHŞƏT - yeniyetmə traktorla həmkəndlisinin ÜZƏRİNDƏN KEÇDİ
29 İyul 2024 10:36 | Baxış sayı: 414
Cəlilabad sakini ehtiyatsızlıqdan tanışını traktorla vuraraq öldürüb.
Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Məlumata görə, 2008-ci il təvəllüdlü Həsənov Məhəmməd Həbib oğlu yaşadıqları evin həyətində atası Əliyev Həbib Əzizağa oğluna məxsus 90-K-305 dövlət qeydiyyat nişanlı traktoru irəli hərəkət etdirdiyi vaxt traktora qoşulmuş ot (pres) bağlayan qurğunun arxa metal hissəsinin ehtiyatsızlıqdan arxada dayanmış Cahid Vahabova dəyib. C. Vahabov xəstəcanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.