05 May 2025
İsrail yeni hipersəs raketini təqdim edib

İsrail yeni hipersəs raketini təqdim edib

İsrail yeni hipersəs raketini təqdim edib

23 İyun 2023 20:49 | Baxış sayı: 605

İsrailin müdafiə konserni “Rafael” yeni “SkySonic” kəsici raketini təqdim edib.

AJMEDİA.İNFO-nun verdiyi məlumata görə, raket son üç il ərzində hazırlanıb. Yeni raket Le Burjedə aviaşousunda təqdim olunub.

Tərtibatçının sözlərinə görə, SkySonic hipersəs raket tutma sistemi səsdən 10 dəfə sürətlə uçan raketləri zərərsizləşdirməyə qadirdir.