Bu ailələr ayda 100 manat ala bilər – Detallar
1 saat əvvəlKonor Makqreqor 7 il həbs cəzası ala bilər
25 Mart 2025 11:50 | Baxış sayı: 783
UFC-nin yarımyüngül (66 kq-a qədər) və yüngül (70 kq-a qədər) çəkidə keçmiş çempionu irlandiyalı Konor Makqreqora nifrətin qızışdırılması ittihamı ilə 7 ilə qədər həbs cəzası verilə bilər.
AJMEDİA.İNFO-nun xəbər verdiyinə görə, İrlandiya Dövlət İttihamçıları qurumu Makqreqorun 2023-cü il noyabrında Dublində baş verən iğtişaşlardan əvvəl X sosial şəbəkəsində miqrantlar haqqında etdiyi paylaşımları diqqətlə araşdırıb.
Hakimiyyət hesab edir ki, onun yazıları irlandiyalılar tərəfindən törədilən şiddət hadisələrini qızışdıra bilərdi.
Ölkə qanunlarına görə, nifrətin qızışdırılması üçün 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Qeyd edək ki, hazırda istintaq davam etdiyi üçün Makqreqora rəsmi ittiham irəli sürülməyib.