Bu ailələr ayda 100 manat ala bilər – Detallar
1 saat əvvəlLatviya bütün döyüş helikopterlərini Ukraynaya təhvil verəcək
21 İyun 2023 16:08 | Baxış sayı: 554
Latviyanın baş naziri Krisjanis Karins deyib ki, Riqa bütün döyüş helikopterlərini Kiyevə təhvil verməyi başa çatdırmağı planlaşdırır.
O, bu barədə Londonda Ukraynanın bərpası ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Karins vurğulayıb ki, hazırda bəzi helikopterlər modernləşdirilir, onlar yenidən rənglənir. Bundan sonra onlar Ukraynaya veriləcək.
O, həmçinin qeyd edib ki, Riqa artıq bütün “Stinger” zenit-raket komplekslərini Kiyevə təhvil verib.