Bu ailələr ayda 100 manat ala bilər – Detallar
2 saat əvvəlNazir avtomobil qəzasında ölüb
16 Aprel 2023 17:21 | Baxış sayı: 491
Pakistanın dini məsələlər və dinlərarası razılaşma naziri Əbdül Şakur yol qəzasında ölüb.
Hadisə bu axşam İslamabadda baş verib. Məlumata görə, nazirin avtomobili digər nəqliyyat vasitəsinə çırpılıb.
Əbdül Şakur qəza zamanı ağır xəsarət alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Pakistan Prezidenti Arif Alvi və Baş nazir Şahbaz Şərif Əbdül Şakurun həlak olması ilə bağlı başsağlığı verib.