Özünü qatarın altına atan gənc bu nazirliyin əməkdaşı imiş - FOTO
3 dəqiqə əvvəlÖtən ay azad edilmiş ərazilərdə 649 mina zərərsizləşdirilib
01 Avqust 2024 14:34 | Baxış sayı: 329
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.
ANAMA-dan verilən məlumata görə, azad olunan ərazilərdə iyul ayı ərzində 290 tank əleyhinə mina, 359 piyada əleyhinə mina, 3079 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 6905.4 hektar ərazi minalardan təmizlənib.