05 May 2025
Rusiya Ermənistandan NATO ilə birgə təlimlərdə iştirakına aydınlıq gətirməsini istəyib

Rusiya Ermənistandan NATO ilə birgə təlimlərdə iştirakına aydınlıq gətirməsini istəyib

Rusiya Ermənistandan NATO ilə birgə təlimlərdə iştirakına aydınlıq gətirməsini istəyib

12 Aprel 2023 12:48 | Baxış sayı: 352

“Rusiya Ermənistandan NATO ilə birgə təlimlərdə iştirakına aydınlıq gətirməsini istəyib”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Biz cavab aldıqdan sonra öz reaksiyamız barədə qərar verəcəyik. Təbii ki, rəsmi İrəvanın öz ərazisində KTMT təlimlərini keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə vermir", - diplomat əlavə edib.

Qeyd edək ki, daha əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan ölkə hərbçilərinin bu il ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının təşkil edəcəyi KFOR (Kosovo qüvvələri) və “Saber Junction” (Birgə qılınc) təlimlərində iştirak edəcəyini açıqlamışdı.