Bu ailələr ayda 100 manat ala bilər – Detallar
1 saat əvvəlRusiya hərbçiləri Donetski atəşə tutub, 1 mülki şəxs ölüb, 8-i yaralanıb
12 Aprel 2023 13:06 | Baxış sayı: 545
Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynanın Donetsk vilayətini atəşə tutub.
Bu barədə Donetsk Hərbi Administrasiyanın rəhbəri Pavel Kirilenko teleqramda yazıb.
Bildirilib ki, hücum nəticəsində mülki şəxslər arasında 1 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
Qeyd edək ki, Ukrayna sonuncu dəfə aprelin 6-də Donetski atəşə tutmuşdu.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. BMT-nin məlumatına görə, indiyədək Ukraynada 8500-ə yaxın dinc sakin həlak olub.