Bu ailələr ayda 100 manat ala bilər – Detallar
2 saat əvvəlRusiya Ukrayna ordusunu dayandırmaq üçün əlindən gələni edir
14 İyul 2023 21:11 | Baxış sayı: 649
Rusiya Ukraynanın cənubunda və şərqində Silahlı Qüvvələrin hərəkətini dayandırmaq üçün hər cür səy göstərir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.
"Hər kəs çox aydın - mümkün qədər aydın şəkildə başa düşməlidir ki, bizim cənub və şərq torpaqlarımızdakı Rusiya qoşunları döyüşçülərimizi dayandırmaq üçün əlindən gələni edir. Hər min metrlik irəliləyiş, hər bir döyüş briqadamızın alqışa layiqdir”, - Prezident deyib.
Zelenski həmçinin döyüşçülərə müraciət edərək, düşmən mövqelərinə basqın etdiklərinə və işğalçıların hücumlarını dəf etdiklərinə görə onlara təşəkkür edib.