05 May 2025
Bakıda kütləvi dava: 3 nəfər...

Bakıda kütləvi dava: 3 nəfər...

Bakıda kütləvi dava: 3 nəfər...

31 Mart 2024 07:10 | Baxış sayı: 616

Bakının Nəsimi Rayonunda dava zamanı 3 nəfər bıçaqlanıb.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində baş verib.

Belə ki, 6 nəfər arasında düşən dava zamanı 2005-ci il təvəllüdlü Quliyev Kənan Rəşad oğlu, 2001-ci il təvəllüdlü Haqverdiyev Rövşən Zaur oğlu və 2002-ci il təvəllüdlü Zeynalov Sadiq Zabit oğlu bıçaqlanıb.

Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları araşdırır.

Teqlər:
Bakı