Prezidentdən bu məscidlə bağlı SƏRƏNCAM
45 dəqiqə əvvəl"Debi" qasırğası ABŞ sahillərinə yaxınlaşır
04 Avqust 2024 19:38 | Baxış sayı: 288
“Debi” tropik fırtınası Meksika körfəzi vasitəsilə ABŞ sahillərinə yaxınlaşır.
Мilli Qasırğa Mərkəzi yerli vaxtla avqustun 4-ü axşam saatlarında fırtınanın qasırğaya çevriləcəyini açıqlayıb.
Hazırda “Debi” fırtınasının sürəti saatda 105 km-dir. Fırtınanın daha çox Florida, Corciya və Cənubi Karolina ştatlarını əhatə edəcəyi gözlənilir.
Proqnozlara əsasən, qasırğa avqustun 5-i səhər saatlarında formalaşacaq. Florida və Corciya ştatlarının rəhbərliyi əhalini qasırğaya hazırlıqlı olmağa çağırıb.