06 May 2025
Kadırovun səhhəti getdikcə PİSLƏŞİR - Övladları arasından varis seçir

Kadırovun səhhəti getdikcə PİSLƏŞİR - Övladları arasından varis seçir

Kadırovun səhhəti getdikcə PİSLƏŞİR - Övladları arasından varis seçir

06 May 2025 10:00 | Baxış sayı: 201

Çeçenistanın rəhbəri Ramzan Kadırov öz övladları arasında varis axtarır - əsas namizədlər onun qızı Ayşat və oğlu Adamdır.


AJMEDİA.İNFO bildirir ki, bu barədə “Novaya qazeta” Avropa mənbələrinə istinadən yazır.


Nəşrin məlumatına görə, səhhətinin pisləşməsi fonunda Çeçenistan rəhbəri istefasından sonra ailənin nüfuzunu saxlamağa çalışır.


Ən çox şansı olan 17 yaşlı Adamdir ki, onu artıq respublikada “Ramzanın gənc surəti” adlandırırlar. O, Kadırovun üçüncü oğludur və noyabrda 18 yaşı tamam olacaq.


Çeçenistan liderinin 14 övladından yalnız Ayşat və Adam siyasi varislik prosesində iştirak edir.


Mənbələr qeyd edir ki, 2023-cü ildə Kadırovun vəziyyəti nəzərəçarpacaq dərəcədə pisləşəndə o, hakimiyyət sistemində islahatların aparılması zərurəti ilə üzləşib.


Məqalədə vurğulandığı kimi, o, üç sütuna söykənirdi: federal vəsaitlərin axını, şəxsən nəzarət edilən təhlükəsizlik qüvvələri və Putinin təhlükəsizlik zəmanətləri.


İndi Kadırov bu rıçaqları, o cümlədən güc və biznes resurslarını ailəsinin əlində saxlamağa, həmçinin övladlarının şəxsi toxunulmazlığına zəmanət verməyə çalışır.