Bakıda məşhur universitet TƏMİR OLUNACAQ
8 dəqiqə əvvəlÇərpələng festivalında sürücü avtomobili insanların üzərinə sürüb, yaralılar var
23 Aprel 2023 11:02 | Baxış sayı: 725
Fransanın şimalında çərpələng festivalında sürücü avtomobili izdihamın üzərinə sürüb, xəsarət alanlar var.
Bu barədə "20 Minutes" məlumat yayıb.
Hadisənin Berk kommunasında, Pas-de-Kale departamentində baş verdiyi bildirilir.
76 yaşlı sürücü əyləc pedalını qaz pedalı ilə qarışdırdıqdan sonra idarəetməni itirib. Nəticədə 11 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır.