05 May 2025
FHN-in əməkdaşı hündürlükdən yıxılaraq öldü - TƏFƏRRÜAT

FHN-in əməkdaşı hündürlükdən yıxılaraq öldü - TƏFƏRRÜAT

FHN-in əməkdaşı hündürlükdən yıxılaraq öldü - TƏFƏRRÜAT

27 İyul 2024 19:29 | Baxış sayı: 460

Biləsuvar rayonunda FHN-in əməkdaşının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisə Arazbari kəndində yerləşən soyuducu anbarda qeydə alınıb. Belə ki, Bakı şəhər Suraxanı qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Quluyev Fövzi Manaf oğlu həmin obyektdə xidməti vəzifəsinin icrası ilə bağlı baxış keçirən zaman hündürlükdən yıxılıb.

Ağır dərəcəli qapalı kəllə-beyin travması alan F.Quluyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.//Report

Teqlər:
FHN