Bakıda məşhur universitet TƏMİR OLUNACAQ
14 dəqiqə əvvəl“Magen David Azərbaycan”nın Qarabağ regionu üzrə yeni təyin olunan Departament direktoru Məmmədov Gəray kimdir FOTO
25 Fevral 2024 21:11 | Baxış sayı: 2157
Xəbər verdiyimiz kimi, 23 fevral 2024cü il tarixdə “Magen David Azərbaycan”nın Qarabağ regionu üzrə Departament direktoru təyin olunub.
“Magen David Azərbaycan” baş ofisindən AJMEDİA.İNFO-ya verilən məlumat görə, təyinata əsasən Məmmədov Gəray Saday oğlu “Magen David Azərbaycan”nın Qarabağ regionu üzrə Departament direktoru təyin edilib. Məmmədov Gəray Saday oğlunun dosyesini təqdim edirik:
Məmmədov Gəray Saday oğlu 15 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olub. 1969-1979-cu illərdə Xocalı şəhər orta məktəbi bitirib. 1980-1982-ci illərdə Sovet Ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1983-1988-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alaraq, Mühəndis Mexanik ixtisasına yiyələnərək həmin institutu fərqlənmə diplomu ilə bitirib. 1988-1991-ci illərdə Xocalı Tərəvəzçilik və Südçülük Savxozunda baş mühəndis, Xocalı Aqrar İstehsalat birliyində texniki nəzarət üzrə baş müfəttiş vəzifəsində işləyib. 1991-ci ildə Xocalı Şəhər Polis Bölməsində Polis leytinantı rütbəsi ilə tağım komandiri vəzifəsində işə başlayıb.1992-1996-cı illərdə Qəbələ RPŞ-də sahə inspektoru və pasport masa rəisi vəzifələrində işləyib. 1998-ci ildə DİN-in Polis Akademiyasını bitirərək, Ali tehsilli hüquqşünasdır.
1996-2001-ci illərdə Ağdərə RPŞ-nin rəisi vəzifəsində, 2001-2002-ci illərdə Qobustan RPŞ-nin rəis müavini , 2002-2003-cü illərdə Goranboy RPŞ-nin Aşağı Ağcakənd Polis bölməsinin rəisi vəzifəsində, 2003-2021-ci ilə qədər Goranboy RPŞ-nin rəis müavini vəzifəsində çalışıb. Xocalı uğrunda gedən döyüşlərdə eyni zamanda Cəbrayıl uğrunda olan döyüşlərdə yaxından iştirak edib. 1991-ci ilin sentyabr ayında Xocalı uğrunda gedən döyüşlər zamanı agır yaralanaraq, müalicə olunub və yenidən xidmətə geri qayıtmışdır. 2016-cı ilin Aprel və 2020-ci ilin Vətən müharibəsi zamanı həmkarları ilə birlikdə ictimai təhlükəsizliyin və asayişin qorunmasında fəal iştirak etmişdir. DİN-nin rəhbərliyi tərəfindən əla xidmətlərə görə döş nişanı, qüsursuz xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla , usta məharət dərəcəsilə və dəfələrlə fəxri fərmanlar ilə təltif olunmuşdur.
Xocalı faciəsi onun ailəsindəndə itkisiz otüşməyib. Atası Məmmədov Saday Süleyman oğlu, qaynı Məmmədov Kamil Əmir oğlu, əmisi oğlanları Hacıyev Süleyman Lətif oğlu və Azərbaycanın Milli Qəhrəmanı Hacıyev Əlif Lətif oğlu faciə zamanı qəhrəmancasına döyüşərək şəhid olmuşlar.
İstefada olan polis polkovnik-leytenantı, polis və müharibə veteranıdır.
Ailəlidir , 2 övladı var.