Bakıda məşhur universitet TƏMİR OLUNACAQ
19 dəqiqə əvvəlNəzərbəy Hacıağayev: "Genetikamız gənclərimizdə hər zaman vətən sevgisinin olacağına bizi əmin edir"
02 Fevral 2025 13:26 | Baxış sayı: 2506
2014-cü ildə Şotlandiyada referendum keçirildi. Ölkənin müstəqilliyinə məhs gənclər yox dedi. Sadəcə Britaniyanın tərkibindən çıxdıqları zaman iş yerlərini itirəcəklər qorxusu ilə yox dedilər. O zaman da, bu gün də o ölkənin gəncləri mənim subyektiv fikrimə görə mənəvi dəyərlərdən yoxsul şəxslər idi.
Azərbaycan gəncləri hər zaman cəmiyyətimizin ən avanqard hissəsi olub. Gəncliyimiz heç bir zaman cəmiyyətdəki hadisələrə biganə qalmayıb. 1988-ci ildə meydanlara çıxan Azərbaycan gəncliyi 1990-cı ildə 20 Yanvar gecəsində şotlandlar kimi işlərini itirmək qorxusu ilə yox həyatlarını itirmək bahasına ölkəsinin müstəqilliyi üçün özlərini yalın əllə tankın altına atdılar. I Qarabağ müharibəsində gənclərimiz məhdut imkanlarla düşmənə müqavimət göstərdi. 2020-ci ildə 44 Günlük Vətən Müharibəsində isə gənclərimiz ölkəmizin Prezidenti Ali Baş Komandan İlham Əliyevin çağrışına səs verərək hər biri könüllü vətəni azad etmək üçün cəhbəyə yollandı. Dünya Azərbacan gəncliyinin şücaəti ilə yenidən tanış oldu.
Azərbaycan kimi vətənin də belə igid gəncləri olması heç də təəccüblü deyil. Gənclərimiz isə ən böyük dəstəyi məhs Ulu Öndər Əliyev sovet dönəmində Azərbaycana rəhbərlərlik etməyə başlamasından sonra hiss etdi. Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə gənclərimiz SSRİ-nin müxtəlif ölkələrinə təhsil almağa göndərildi. Məhs o zaman bu fəaliyyətlə Azərbaycan Diasporasının ilk toxumları əkildi. Uzaq görən siyasətçi olan Ümummili Lider Azərbaycanda ilk hərbi litseyi yaratmaqla gələcək zabitlərimizin formalaşmasına ordumuzun yaranmasına təkan verdi. Məhs o litseyin müdavimləri olmuş şəxslər sonralar I Qarabağ müharibəsində düzənsiz ordunun igid gənc oğullarını aldıqları təlimlə motivasiya edərək möcüzələrə bərabər əməliyyatlarda uğur qazanmışdı. Gənclərin qanı bahasına müstəqillik qazanmış ölkəmiz məhs Heydər Əliyevin Azərbaycana xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra dağılmaqdan xilas oldu. O zaman Azərbaycanda yeni bir günəş doğdu. Yenidən gənclərə dövlət tərəfindən diqqət və qayğı artı. Ölkəmizdə gənclər formları keçirildi və MDB məkanında ilk dəfə olaraq Gənclər Günü təsis edildi. Ulu Öndərin siyasi kursunu layiqli davam etdirən cənab Prezident, Müzəffər Ali Baş Komandanın ölkəmizə rəhbərlik etdiyi dönəmdə gənclər sektoru dövlətin daimi diqqət və qayğısını öz üzərində hiss etmişdi. Cənab İlham Əliyevin siyasəti nəticəsində qloballaşan dünyada gənclərimiz milli-mənəvi dəyərlərimizdən uzaqlaşmadan müasir dünyanın tələblərinə cavab verəcək şəkildə inkişaf etdi. Bu balansın qorunması idiki Azərbaycan gəncliyi qarşısına qoyduğu missiyaların öhdəsindən layiqincə gəldi. Həm intellektual səviyyəsi ilə dünya gənclərindən geri qalmayan bəzən isə onları üstələyən gənclərimiz milli dəyərlərinə sahib çıxmaqla da dünyada bir nümunəyə çevrildi. Müasir çağrışlara cavab verən, əsrə görə elmə malik olan gənclərimiz vətən çağırır deyə əlinə silah alıb cəhbədə düşmənə qan udurub, onu öz torpaqlarında uzaqlaşdırmağı və azad olunmuş yerlərdə üç rəngli bayrağı dalğalandırmağı özünün ümdə vəzifəsi bildi.
Yazımın əvvəlində isə şotland gənclərinin müstəqilliyə yox deməsindən bəhs etmişdim. Bəlkədə bu normaldır. Çünki onları müstəqil siyasətlə düzgün formalaşdıracaq nə müstəqil dövlətləri nə azadlığa sövq edən genetikaları yoxdur. Həm müstəqil dövlətimizin apardığı siyasət həm də genetikamız gənclərimizdə hər zaman vətən sevgisinin olacağına bizi əmin edir.
Bayramız mübarək əziz GƏNCLƏR !!
Nəzərbəy Hacıağayev,
Strateji.az saytının Baş Redaktoru